Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Gününə həsr olunmuş tədbir keçiriləcək.

Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyəti və həvəskarlarının iştirak edəcəyi mərasimdə dövlət studiyalarında son illər ərzində görülmüş işlər haqqında videoçarxlar vasitəsilə məlumat verilməsi və bir qrup kino xadiminin mükafatlandırılması nəzərdə tutulub.

Tədbirdə dövlət sifarişi ilə istehsal olunmuş ekran əsərləri – gənc rejissorlar Kamal Yaşarın “Dan yeli”, Pərviz Həsənovun “Soraq”, eləcə də Orxan Ağazadənin müstəqil şəkildə çəkdiyi “Oturacaqlar” qısametrajlı bədii filmləri nümayiş etdiriləcək.