Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Azadə Musabəylinin "Türkiyədə yaranan Azərbaycan ədəbiyyatı və Xəlili "Firqətnamə"si kitabı "Nurlan" nəşriyyatında çapdan çıxıb.
   Kitabda Türkiyədə yaranan Azərbaycan ədəbiyyatının orijinal nümunələrindən biri, Xəlilinin 1471-cı ildə tamamladığı "Firqətnamə" əsərinin tədqiqi tarixi öyrənilib, poemanın Sankt-Peterburq, İstanbul və Berlin nüsxələri əsasında transfoneliterasiyası verilib, İstanbul Millət Kitabxanasında mühafizə edilən əlyazmanın orijinal mətni elm aləminə təqdim edilib.