Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi Qızıl Aypara Cəmiyyətinin (QAC) Sumqayıt təşkilatı ilə birgə “Sevgiylə paylaşaq” adlı xeyriyyə tədbiri keçirib.
Sumqayıtın 70, kitabxananın Uşaq şöbəsinin 50 illiyi ilə əlaqədar keçirilən tədbirdə QAC Sumqayıt təşkilatının sədri Mətanət Məhərrəmova, yazıçı-ssenarist Hafiz İmamnəzərli, kitabxananın Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova çıxış ediblər.
Bildirilib ki, xeyirxahlıq, mərhəmət, humanizm insanı daxilən saflaşdıraraq başqalarının gözündə ucaldan, insanlığın zinətinə çevirən ali dəyərlərdən sayılır. Tədbirin sonunda imkansız ailələrə sovqat təqdim olunub.