“Salnaməfilm” studiyasında Azərbaycanın Milli Qəhrəmanları silsiləsindən sənədli filmlərin çəkilişləri davam edir. “Mirpaşa” adlı növbəti film Azərbaycanın Milli Qəhrəmanı Hidayət Rüstəmov haqqındadır. Filmin çəkilişləri Ağdam, Bərdə və Bakıda aparılıb.

Filmin rejissoru Emin Əfəndiyev, ssenari müəllifi Ramil Ələkbərov, operatoru Rüfət Süleymanov, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.

Film tezliklə tamaşaçıların ixtiyarına veriləcək.

LALƏ