Məşhur rejissor Ridli Skott “Sonuncu duel” adlı yeni filmini çəkməyə hazırlaşır. Filmdə baş rollarda Ben Afflek və Mett Deymon çəkiləcəklər.

Film Erik Yagerin “Sonuncu duel: Orta əsrlərdə Fransada cinayət, qalmaqal və məhkəmə proseslərinin həqiqi tarixi” kitabı əsasında ekranlaşdırılacaq. Bundan əlavə, Afflek və Deymon filmin ssenarisinin yazılması prosesinə cəlb olunacaqlar. Bu işdə onlara rejissor Nikol Holofsener kömək edəcək.