Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş “Mirzə Cəlilin Azərbaycanı” filminin çəkilişləri başlayıb.
Film ədibin dünyaya gəldiyi Naxçıvan şəhəri, Nehrəm kəndi də daxil olmaqla, Ağcabədi rayonunda, Gürcüstanın Tbilisi və Qori şəhərlərində lentə alınacaq. Süjetlər əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulacaq.
Qeyd edək ki, filmin ssenari müəllifi Nadir Bədəlov, rejissoru Tahir Tahiroviç, operatoru Elxan Rüstəmov, bəstəkarı Azər Hacıəsgərli, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.
Lalə AZƏRİ