Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 2019-cu il avqust ayının 8-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Salyan rayon Heydər Əliyev Mərkəzində (Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, 42) Salyan rayonundan olan vətəndaşların qəbulu keçiriləcək.
Həmin gün saat 11:00-da mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Neftçala rayon Heydər Əliyev Mərkəzində (Neftçala şəhəri, Heydər Əliyev prospekti, 34) Neftçala rayonundan, mədəniyyət nazirinin müavini Rafiq Bayramov Biləsuvar rayon Heydər Əliyev Mərkəzində (Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi, 213) Biləsuvar rayonundan olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi 147), (012) 493 55 21 və (012) 498 97 81 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Sıra №-si |
Şəhər (rayon) |
Əlaqələndirici şəxs |
Əlaqə telefonu |
1. |
Salyan rayonu |
Günaydın Əhədova |
050-442-11-18 |
2. |
Neftçala rayonu |
Elmira Kazımova |
050-467-34-69 |
3. |
Biləsuvar rayonu |
Rəfiqə Cəfərova |
050-382-58-95 |