14-15 oktyabr tarixində Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə görüşü keçiriləcək.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bununla bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Zirvə görüşünün keçirilməsi üzrə İşçi qrupu yaradılacaq. Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.