Əməkdar incəsənət xadimi, kinorejissor Fikrət Əliyev (1939-2016) haqqında bədii-sənədli filmin çəkilir. Rejissorun 80 illik yubileyinə həsr olunmuş film  ARB TV-nin “Aranfilm” Yaradıcılıq Mərkəzində ərsəyə gətirilir.

Filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadədir. Onun sözlərinə görə, ekran əsərində mərhum rejissorun çəkdiyi filmlərdə oynamış aktyorlar öz xatirələrini bölüşürlər. Çəkilişlər Mərdəkan, Buzovna, Balaxanı və Bilgəhdə aparılır.

Ekran əsəri dekabrda, Fikrət Əliyevin yubileyi ərəfəsində təhvil veriləcək. Filmin operatoru Anar Seyidov, icraçı prodüseri Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir. Baş rolu Xalq artisti Şamil Süleymanlı ifa edir. Filmdə rejissorun lentə aldığı filmlərin əksər baş qəhrəmanları yer alıb.

LALƏ