“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi nəzdində Bakı Fotoqrafiya Evi “Bakı foto” adlı II fotomüsabiqə elan edib.
İdarədən bildirilib ki, müsabiqə 5 nominasiya üzrə keçiriləcək. Fotolar oktyabrın 30-dək qəbul edilir. Hər nominasiya üzrə jüri bir qalib seçəcək. Seçim turu oktyabrın 21-23-də keçiriləcək. Finala çıxan fotolar noyabrın 14-də Bakı Fotoqrafiya Evində təşkil ediləcək sərgidə nümayiş olunacaq.