Xəbər verdiyimiz kimi, martın 10-da Azərbaycanda Tacikistan kinosu günləri başlayıb. "Tacikfilm" kinostudiyasının direktoru, kinorejissor Nosir Saidov, kino tənqidçisi, fəlsəfə elmlər doktoru Sadullo Rahimov, Tacikistanın Xalq artisti Sayram İsayeva və aktyor Abdülkərim Maşrabovdan ibarət nümayəndə heyəti kino günlərinin proqramına uyğun olaraq martın 12-də Xaçmaz rayonuna səfər edib.
Qonaqları rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev qəbul edib və onlara rayonun sosial-iqtisadi inkişafı, mədəniyyət və turizm infrastrukturu haqqında məlumat verib.
Sonra qonaqlar Heydər Əliyev Mərkəzində rayon sakinləri ilə görüşüblər və Nosir Saidovun "Müəllim" bədii filmi xaçmazlı tamaşaçılara təqdim edilib. Səfər çərçivəsində tacikistanlı kino xadimləri Xaçmaz rayonunun mədəniyyət və turizm obyektləri ilə tanış olublar.
Martın 13-də Nizami Kino Mərkəzində Tacikistan kinosu günlərinin yekunu ilə bağlı mətbuat konfransı keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar