Müdafiə Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə mədəni-kütləvi tədbir keçirilib.
Tədbirdə şəxsi heyətin asudə vaxtının səmərəli təşkili barədə məlumat verilib. Qeyd olunub ki, incəsənət ustaları ilə görüşlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərir və hərbi qulluqçulara ruh yüksəkliyi aşılayır.
Tədbirin bədii hissəsində Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı kollektivi konsert proqramı ilə çıxış edib.
Sonda tədbirin təşkilində fəal iştirak edənlərə hərbi hissə komandiri adından fəxri fərmanlar təqdim olunub.