Aprelin 3-də Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə "Studyo-19" şirkətinin istehsal etdikləri "Ağır illər... Xoş xatirələr" sənədli filminin təqdimatı keçiriləcək.
Sovet hakimiyyətinin repressiya illərində azərbaycanlıların Qazaxıstan çöllərinə sürgün olunmasından, onların bütün çətinliklərə tab gətirərək, qazax xalqı ilə qaynayıb-qarışıb həyatlarını davam etdirmələrindən bəhs edən filmin ssenari müəllifi və rejissoru Xalq artisti Oktay Mir-Qasımdır.