Disney məşhur filmlərini təkrar çəkəcək

“The Walt Disney” kompaniyası “Evdə tək” (Home Alone) və “Muzeydə bir gecə” (Night at the Museum) filmlərinin yenidən çəkilməsinə qərar verib.

Filmlərin çəkilişi bitdikdən sonra onları Disney+ striminq platformasında izləmək mümkün olacaq. Ancaq hələlik filmlərin hansı formada ekrana çıxacağı bəlli deyil. Çünki onlar tammetrajlı, yaxud da serial şəklində ola bilər.

Qeyd edək ki, Disney+ platformasının açılışı noyabrın 7-də nəzərdə tutulub.