“Qara paltarlı adamlar” və “İngilis pasiyenti” kimi məşhur filmlərin ərsəyə gəlməsində əməyi olan Devid Rubin Amerika Kino Akademiyasının yeni prezidenti seçilib. O, rejissor Con Beylini əvəz edib.
Amerika Kino Akademiyası 1927-ci ildə “Metro Goldwyn Mayer” kinostudiyası tərəfindən yaradılıb. Əvvəlcədən akademiyanın fəaliyyəti aktyorlar, rejissorlar arasında olan mübahisələri həll etmək üçün nəzərdə tutulmuşdu. Ancaq sonradan təşkilatın fəaliyyəti dəyişdi, kino sahəsində mükafatlar verməyə başlandı.
Qeyd edək ki, Amerika Kino Akademiyası 92-ci “Oskar” mükafatlarını 2020-ci il fevralın 9-da təqdim edəcək.