Xətai Sənət Mərkəzinin elan etdiyi “Mənim yay tətilim 2019” adlı respublika uşaq müsabiqəsi davam edir.

Müsabiqə Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Mərkəzin direktoru Zahid Əvəzov bildirib ki, “Nəsimi ili” çərçivəsində gerçəkləşən müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə həyata keçirilir.

İştirak etmək üçün mərkəzin saytında (www.xsm.az) tədbirlər bölümündəki “Mənim yay tətilim 2019” müsabiqəsi ilə bağlı linkə daxil olub 1 və ya 2 əsərin fotosunu daxil etmək və anketi doldurmaq lazımdır. Qeydiyyat oktyabr ayının 15-dək aparılacaq.

Seçim iki yaş kateqoriyası (12 yaşa qədər, 12-17 yaş) üzrə keçirilir.

Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzində açılacaq.