Dünyanın ən böyük kino və televiziya şirkətlərindən olan “Warner Bros. Entertainment” məşhur elmi-fantastik filmin – “Matrix”in dördüncü hissəsinin çəkiləcəyini açıqlayıb.
“Matrix 4”də baş rollarda yenə Keanu Rives (“Neo”) və Karrie-Anne Moss (“Trinity”) olacaq. “Warner Bros” və “Village Roadshow Pictures”in müştərək çəkəcəyi filmin rejissoru və ssenari müəllifi Lana Wachowski olacaq. “Matrix 4”ün əvvəlkilərin “davam filmi” olub-olmayacağı isə hələ açıqlanmayıb.
“Matrix” filmlərinin ilk hissəsi 20 il əvvəl çəkilib. “Matrix” filmlərinin hər üç hissəsinin birlikdə nümayişindən əldə olunan məbləğ 1 milyard 600 milyon dollar olub.
Qeyd edək ki, üçüncü “Matrix Revolutions” filminin axırında insanla texnika arasında müharibə həssas bir həll yolu ilə başa çatıb.
İLONA