Mixail Bulqakovun əsəri əsasında hazırlanan “Master və Marqarita” filminin çəkilişləri 2020-ci ilin payızında başlayacaq.

Bu layihə Rusiyada son illərdə çəkilən ən yüksək büdcəli ekran əsərlərindən biridir. Rejissor Nikolay Lebedevin çəkəcəyi filmdə əcnəbi aktyorların iştirakı gözlənilir.

Bulqakovun məşhur əsəri bir neçə dəfə ekranlaşdırılıb. Romanın motivləri əsasında ilk film 1971-ci ildə Andjey Vayda tərəfindən çəkilib. Bir ildən sonra Aleksandr Petroviçin ekran əsəri işıq üzü görüb. 1989-cu ildə rejissor Matsey Voytışko dördseriyalı televiziya filmini çəkib. 1994-cü ildə “Master və Marqarita”nı Yuri  Kara ekranlaşdırsa da, film müəyyən səbəblər üzündən 17 ildən sonra ekranlara çıxıb. 2005-ci ildə isə Vladimir Bortko öz versiyasını təqdim edib.