Xalq yazıçısı Elçin Türkiyədə ən çox çap olunan müasir dünya yazıçılarından biridir. Onun roman, povest və hekayələri qardaş ölkədə dəfələrlə nəşr edilib, pyesləri Ankara, İstanbul, Konya, Ərzurum teatrlarında böyük müvəffəqiyyətlə tamaşaya qoyulub.
   
   Bu günlərdə Elçinin Türkiyədə daha bir kitabı işıq üzü görüb. “Ötüken” nəşriyyatı ədibin “Ədəbi düşüncələr” kitabını nəşr edib. Türk oxucuları “Ədəbi düşüncələr”lə ilk dəfə 2003-cü ildə tanış olublar. “DA yayıncılık” nəşriyyatında çapdan çıxmış həmin kitabı bir qrup universitet müəllimi türk dilinə çevirmişdi. Yeni nəşrdə isə “Ədəbi düşüncələr”i Azad Ağaoğlu və Mehdi İsmayıloğlu tərcümə ediblər.
   Elçinin 456 kiçik essesini əhatə edən kitab elmi dəqiqliyi və şərhləri ilə seçilir. Nəşriyyat oxuculara müraciətlə yazır ki, “Ədəbi düşüncələr”dəki esselər “yüzlərlə əsərin mütaliəsi nəticəsində əmələ gələn bilginin, bədii həssaslığın və həyəcanın ifadəsidir...”.
   Türk oxucularının böyük marağına səbəb olmuş “Ədəbi düşüncələr” Elçinin “Ötüken” nəşriyyatında çapdan çıxmış 9-cu, ümumilikdə isə Türkiyədə nəşr edilmiş 18-ci kitabıdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar