“Qara pantera” fantastik filminin ikinci hissəsi 2022-ci ildə ekranlara çıxacaq.
Filmin rejissoru yenə Rayan Kuqler olacaq.
Ötən il nümayişi başlanmış “Qara pantera”nın birinci hissəsi Afrikanın Vakanda ərazisində yerləşən, cazibəni özündə çəkib saxlayan xüsusi metaldan bəhs edir. Bu hissədə Çedvik Bouzman, Maykl B.Cordan, Lupita Nionqo və Danay Qurira çəkilib.
Ekran əsəri “MTV” musiqi kanalının dörd mükafatını, ən yaxşı kaskadyor heyətinə görə ABŞ-ın “Gildiya” aktyorları nominasiyasını və vizual effektlərə görə Böyük Britaniyanın Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatını alıb. Film həmçinin üç “Oskar” mükafatçısıdır.