Qazaxıstan arxeoloqlarının 1969-cu ildə Almatı şəhərinin 50 kilometrliyində - İssık kurqanında aşkar etdikləri qədim sak tayfasından qalma “Qızıl geyimli adam” adlandırılan zirehli geyim Ankarada Anadolu Sivilizasiyaları Muzeyində nümayiş etdiriləcək.
Kurqanda çoxlu qızıl əşyalarla birlikdə tapılmış və sak tayfasının başçısına aid olduğu güman edilən zirehli döyüşçü geyimi Qazaxıstanın milli rəmzinə çevrilib. Bundan əvvəl Azərbaycan, Belarus, Rusiya, Çin, Polşa və Cənubi Koreyada nümayiş etdirilən bu qiymətli artefakt bu dəfə Türkiyə paytaxtının sakinlərinin diqqətinə təqdim ediləcək.
“Qızıl geyimli adam” sentyabrın 12-dən etibarən Ankaradakı muzeydə nümayiş olunacaq.