Daşkənd vilayətinin “Turan” İnformasiya Kitabxana Mərkəzində keçirilən “Özbəkistan müstəqilliyinin 28 ili” adlı ədəbi-bədii görüşdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) nümayəndələri də iştirak edib.
AMM-in nümayəndələri Salama Fətəliyeva və Kifayət Pirməmmədova çıxışlarında dost özbək xalqını və tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edərək, xalqlarımız arasında qədim tarixə malik dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıblar.
Tədbirin bədii hissəsində qızlardan ibarət rəqs qrupu özbək milli rəqslərini ifa edib, kitabxananın nəzdində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qrupunun uşaqları özbək, Azərbaycan və rus dillərində kompozisiya nümayiş etdirib və şeirlər səsləndiriblər.
Tədbir iştirakçıları AMM-in kitabxanaya hədiyyə etdiyi nəşrlərdən ibarət sərgiyə də baxıblar.