Sentyabrın 2-də Ukraynanın Odessa şəhərində - “Şəhər günü” (“Odessa günü”) qeyd olunub. Bu münasibətilə soydaşımız, Ukraynanın Xalq rəssamı, pedaqoq, professor Katib Məmmədovun müəllifi olduğu barelyefin açılış mərasimi keçirilib.
Şəhər parkının Yay teatrı önündə “On iki stul” əsərinin (İlya İlf və Yevgeni Petrov) və eyniadlı filmin qəhrəmanı Kisa Vorobyaninovun barelyefi qoyulub.
Tədbirdə Odessa Şəhər Dövlət Administrasiyasının rəhbərliyi, xarici ölkələrin diplomatik korpusunun nümayəndələri, şəhər ictimaiyyəti iştirak edib.
Bildirilib ki, K.Məmmədov müəllifi olduğu heykəltəraşlıq əsərini “Şəhər günü” ilə bağlı odessalılara hədiyyə edib.