Prezident İlham Əliyevin sentyabrın 4-də imzaladığı sərəncama əsasən, Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Rövşən Raqif oğlu Məmmədov 1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin bakalavr və beynəlxalq jurnalistika ixtisası üzrə magistratura pilləsini bitirib. 2016-cı ildə “Müstəqillik dövründə Avropada Azərbaycan diaspor mətbuatı və milli ideologiya məsələləri (Almaniya, Fransa, Türkiyə, İngiltərə)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktorudur.

Telejurnalist kimi “Lider” Televiziyasında fəaliyyətə başlayıb. 2015-ci ildən Azərbaycan Televiziyasında çalışır. 15 yanvar 2019-cu ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri müavini təyin olunmuşdu və həmin vaxtdan sədr vəzifəsini icra edirdi.