Portuqaliyalı arxeoloq Luis Rapozu Beynəlxalq Muzeylər Şurasının (İCOM) sədri seçilib. Bu məlumat beynəlxalq təşkilatın Kiotoda (Yaponiya) keçirilən 25-ci illik konfransında elan edilib. Qeyd edək ki, indiyədək İCOM-un sədri türkiyəli Suay Aksoy idi.
İCOM muzeylərin və muzey işçilərinin ən böyük beynəlxalq təşkilatıdır. 1946-cı ildə yaradılmış təşkilat təbii və mədəni maddi və qeyri-maddi dünya irsinin qorunub saxlanması və inkişafı məsələləri ilə məşğul olur.
İCOM-un sentyabrın 1-də başlanan Kioto konfransı ayın 7-də başa çatacaq. Konfransa İCOM Azərbaycan Milli Komitəsinin sədri, Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də qatılıb.