Bərdə rayon Mədəniyyət Mərkəzində keçirilən seminar-müşavirədə mədəniyyət işçilərinin sentyabr ayındakı fəaliyyəti, görüləcək işlər və keçiriləcək tədbirlər müzakirə edilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəis müavini Validə Nabatova çıxışında 15 sentyabr – Bilik Günü ilə əlaqədar görülən hazırlıq işlərindən danışıb. 18 sentyabr – Milli Musiqi Gününün ölkəmizdə hər il yüksək səviyyədə qeyd olunduğunu deyən idarə rəisinin müavini 2009-cu ildən etibarən keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının əhəmiyyətini diqqətə çatdırıb. O, həmçinin 21 sentyabr – Beynəlxalq Sülh Gününün də mədəniyyət müəssisələrində qeyd ediləcəyini bildirib.