Salyan rayon Mədəniyyət Mərkəzində “Gənclərə örnək ağsaqqallar” adlı vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Rayon Ağsaqqallar Birliyinin, Qarabağ və Böyük Vətən müharibəsi veteranlarının, “Muğan” Regional Yazıçılar Birliyinin iştirakı ilə gerçəkləşən tədbir çərçivəsində vətənpərvərlik mövzusunda əl işlərindən ibarət sərgi təşkil edilib.

Mədəniyyət Mərkəzinin direktoru Lətif Zərbəliyev, təqaüdçü mədəniyyət işçisi Qaraxan Mənsumov,  tarixçi Sahib Həsənov və başqaları çıxış edərək gənclərə, vətənə məhəbbət hissindən danışıblar.