Gürcüstanın Batumi şəhərində sentyabrın 15-dən 22-dək XIV Beynəlxalq Müəllif Kinosu Festivalı (BIAFF 2019) keçiriləcək.
Festivalda ölkəmiz üç filmlə təmsil olunacaq. Rejissor Elmar İmanovun “Mövsümün sonu” filmi ən yaxşı bədii, Hilal Baydarovun “Xurmalar yetişən vaxt” filmi ən yaxşı sənədli, Orxan Ağazadənin “Oturacaqlar” filmi isə ən yaxşı qısa film adı uğrunda yarışacaq.
Almaniyalı rejissor Veit Helmerin Azərbaycanda çəkdiyi “Bra” filmi də festival proqramının bədii filmlər bölməsinə daxil edilib.
Kinofestival çərçivəsində məşhur polşalı rejissor Kşiştof Zanussi kimi kino xadimlərinin ustad dərsləri də nəzərdə tutulur.