Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının inzibati mərkəzi olan Çerkessk şəhərində İkinci Dünya müharibəsi illərində Qaraçay xalqının deportasiya edilməsindən bəhs edən “Unudulmaya məhkum edilmişlər” sənədli filminin premyerası keçirilib.
Qaraçay-Çərkəz Tarix-Bədii Qoruğu və M.O.Bayçarov adına Muzeyin direktoru Xanafi Həsənov bildirib ki, film Qaraçay xalqının sürgün olunduğu yer, onların güzəranı və qonşu xalqlara olan münasibəti barədə ətraflı məlumat verir.
“Bu hadisə ilə bağlı şahidlərin danışdıqları bizim üçün çox vacib idi”, - deyə o bildirib.
Ekran əsərində repressiyanın qurbanları olan qaraçaylılar faciəvi həyatı barədə özləri danışır. Xoşbəxtlikdən onlar sonradan öz doğma yurdlarına qayıda bilirlər.
Filmdə həmçinin sürgün olunanlar sırasında çeçen, balkar (alanlar) və inquşların taleyindən də söhbət açılır.