İtaliyada 76-cı Venesiya Beynəlxalq Kinofestivalı başa çatıb. 28 avqust – 7 sentyabr tarixində Lido adasında keçirilən festivalın münsiflər heyətinə rejissor, ssenarist və prodüser Lukresiya Martel rəhbərlik edib.

Avropanın (və ümumilikdə dünyanın) ən nüfuzlu üç kino yarışmasından (Kann və Berlin festivalları ilə birgə) biri olan Venesiya Film Festivalının baş mükafatını – “Qızıl şir” heykəlciyini amerikalı rejissor Todd Fillipsin “Coker” psixoloji trilleri qazanıb.

Münsiflər heyətinin qərarı ilə ikinci mükafat – Qran-pri rejissor Roman Polanskinin “Zabit və casus” (“Mən mühakimə edirəm”) filminə verilib. “Gümüş şir”ə isə İsveç rejissoru Roy Anderssonun “Sonsuzluq haqqında” (“About the Infinite”) filmi layiq görülüb.

Festivalda Arian Askarid ən yaxşı aktrisa, Luka Marinelli ən yaxşı aktyor nominasiyasının qalibi olub.

SƏBİNƏ