Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olmaq barədə qərar qəbul edib.

Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, Türkmənistan da müşahidəçi dövlət kimi Türk Şurasına üzv olmaq niyyətindədir. Türkiyə XİN rəhbəri onu da qeyd edib ki, 19 sentyabrda Macarıstanın paytaxtı Budapeştdə Türk Şurasının Avropa mərkəzinin açılışı olacaq.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü oktyabrın 14-15-də Bakıda keçiriləcək.

Türk Şurası türkdilli ölkələrin rəhbərlərinin 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış sazişə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.