Xalq artisti Pərviz Məmmədrzayev Rusiya kinematoqrafçılarının istehsalı olan “Rus köləsi” (“Русский раб”) filmində əsas obrazlardan birini ifa edəcək.

Qeyd edək ki, filmdə rol alan ilk azərbaycanlı aktyor Kamran Ağabalayevdən sonra çəkilişlərə Pərviz Məmmədrzayev də qatılıb.

Pərviz Məmmədrzayev TV layihəsində əsas rollardan biri olan qubernator obrazında çıxış edəcək. Bu barədə aktyor özü məlumat verib.

Rejissor İvan Şurxovetskinin ekranlaşdırdığı 12 seriyalı tarixi filmdə rus aktyorları ilə yanaşı, türk, gürcü və Azərbaycan aktyorları da rol alıb. Hazırda filmin  İstanbulun Hadımköy səmtində çəkilişi aparılır.

LALƏ