Prezident İlham Əliyev sentyabrın 17-də Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Xalq artisti”
Allahverdiyev Vasif Kərim oğlu
Fərəcov Sərdar Fərəculla oğlu
“Əməkdar incəsənət xadimi”
Xalıqzadə Fəttah Xalıq oğlu
Rəcəbov Oqtay Məmmədağa oğlu
“Əməkdar artist”
Butenko İqor Leonidoviç
Pyatkin Nikolay Aleksandroviç
“Əməkdar müəllim”
Göyçayskaya Səidə Oqtay qızı
Hüseynova Rüxsarə Hüseyn qızı
Yaqubova Nazilə Mir Teymur qızı.
***
Dövlət başçısının sentyabrın 17-də imzaladığı digər sərəncamla Azərbaycanda musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Dadaşov Ağa Dadaş Hacı Bala oğluna və Əfəndiyeva İmruz Məmməd Sadıx qızına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Bundan əlavə, Azərbaycan musiqisinin inkişafı və təbliğində xidmətlərinə görə Babayev Mobil Rəşid oğlu və Qasımova Ruhəngiz Nağı qızı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.
Prezidentin eyni tarixdə imzaladığı daha bir sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Dadaşova Natalya Konstantinovna, Hüseynova Sevda Əli qızı, Məmmədov Nüsrət Cəfər oğlu, Məmmədova Aliyə Tariyel qızı və Zahid Azad Vasif oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.