Sentyabrın 23-də Nizami Kino Mərkəzində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiyanın “Kinofest” Prodüser Mərkəzi və “YARAT” Müasir İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə “Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək.
Mərasimin rəsmi hissəsindən sonra rejissor Anar Abbasovun 2019-cu ildə çəkdiyi “Döyüş” (“Битва”) bədii filmi tamaşaçılara təqdim ediləcək.
Sentyabrın 29-dək davam edəcək film həftəsi çərçivəsində Nizami Kino Mərkəzində rejissor Kim Drujininin “Tanklar”, Mixail Rasxodnikovun “Əziz ata”, Yelena Xazanovanın “Məşuqələr” və başqa bədii filmlər nümayiş olunacaq.