Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi Milli Musiqi Günü münasibətilə Fəvvarələr meydanında konsert proqramı ilə çıxış edib.
Mədəniyyət Nazirliyinin dəstəyi və Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konsertdə teatrın balet, xor truppaları, orkestr və aktyor heyəti şəhər sakinlərinin zövqünü oxşayan musiqi nömrələri təqdim edib.
Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin dirijorluğu ilə keçən konsertdə Akademik Musiqili Teatrın repertuarında olan əsərlərdən parçalar, həmçinin Üzeyir Hacıbəylinin ölməz əsərləri, eləcə də dünya klassiklərinin, müasir bəstəkarların musiqiləri səsləndirilib.