Düz bir həftə əvvəl Xudabaxış atasıyla redaksiyamıza gəlmişdi. Özüylə üç böyük dəftər gətirmişdi. Tanış olduq. Xudabaxış 1995-ci ildə Bakıda anadan olub. Binəqədi rayonundakı 83 saylı məktəbin 7-ci sinif şagirdidir. Qəzetimizə təşrif gətirməsinin səbəbini soruşdum. Şeir gətirdiyini bildirdi. Otağa keçən kimi kompyuterin arxasına keçdi. Klaviaturaya əl atdı. Dedim, hələ yazma, bəlkə heç şeirlərinin ortaya çıxarılması yoxdur. Oxu görək, xoşagələndir, ya yox? İrihəcmli dəftərlərdən birini açdı. Başladı oxumağa. Bir neçəsini oxudu, şeirlər də dəftərləri kimi böyük idi. Yazı tərzindən, fikir və düşüncələrindən hiss olundu ki, bu dəftərdəki şeirlər onun ilk qələm təcrübələridir. Soruşdum ki, nə vaxtdan şeir yazırsan? - 2008-ci ilin 11 aprelindən - ardınca dedi ki, ilk vaxtlar valideynlərim gecələr yazı yazmağımdan narahat olurdular. Onlar yatandan sonra fanarın işığında yazırdım. Xudabaxışdan lap təzə şeirlərini oxumasını istədikdə sonra üçüncü dəftəri əlinə götürdü. Başladı oxumağa. Bu şeirlər tamam fərqli idi. Bu şeirlərin də birnəfəsə, birbaşa yazıldığı hiss olunurdu. Dedim ki, şeirləri ardıcıl oxuma, ordan-burdan oxu. Elə də etdi. Dedim ki, oxuduğun şeirlərə «plyus» işarəsi qoy. Həmin şeirləri qəzetimizdə dərc etmək niyyətində idik. Şeir insan düşüncəsinin sözə çevrilmiş şəklidir. Xudabaxış da duyğu və düşüncəsini üzə çıxarıb ki, başqalarının da xəbəri olsun. Gələcəkdə Xudabaxışın nəyin naminə yaşayacağını, hansı ideallar uğrunda mübarizə aparacağını Tanrı bilər. Xudabaxış bu gün oxucularla şeirlə görüşə gəlib. Uğurlar olsun, Xudabaxış! Son ümid Son ümid ölmür Gör nə var ağlında Ol sözdə, olma kədərdə Kədər kiçik olsa da, olur zirvədə. Ümidim kəsiləməz, Sellər kəsilər. Bəlkə də, zaman keçməz Bunu da ümid bilər. Sən ağıllı bir insan, Sözündə, gücündə qüvvəlisənsə, Bax bu başın üstə dağlara Qoy onlar ümid versin sənə. 04.11.2008 İyirmi yanvar Soyuq bir qış gecəsi Oldu bu hadisə. Eşidildi tankların səsi Qıydılar hər kəsə. Bu gecə dünyaya xəyanət Bu gecə Azərbaycana sui-qəsd Yerini almamışdı haqq, ədalət Kömək etmədi xeyir adında cəsarət. Hər tərəfi güllə-boran etdilər, Qan içdilər doymadılar. Bu insafsız kəslər Cavanlara necə qıydılar?! Bu zaman keçməyəcək, O keçən deyil. O gün bitməyəcək Saatlar tərpənən deyil. Tanklarla namərdlər Hücuma keçdilər. Xalq isə hey irəli Xalqı doymadan biçdilər. Güvənilən əsgərlər öz qalasına Xalq etibar edirdi ona. Öz ordusu, öz üstünə Məruz qaldı Bakı oyuna. 30.11.2008 Zaman Saata baxma, zaman keçir, Dünən atamın əlini tuturdum Bu gün avtomat Güllədən yox, sözdən qorxuram. Əgər ayağın yoxdursa, əlin var, Sevdiyin yoxdursa tapılar. Zamandan başqa hər şeyi tapmaq olar Zaman dayansa hər şey solar. 30.11.2008 Çingiz Mustafayevə Azərbaycanda çətin vəziyyət, Vətən yağılar əlindən çəkirdi əziyyət. Çox idi o zaman mərd oğullar, Çox idi Çingiz kimi şəxsiyyət. Onun vəzifəsi deyildi əsgər, İnanmazdı o əsgərliyə gedər. Onun döyüşə getmək deyildi borcu Qəlb yaşayar vətənsiz məgər?! Çingiz Mustafayev dözmədi Qan dolu gözləri qan görmədi. Həvəslə, qürurla getdi irəli Hiss etdi qarşısındakı düşməni. Cəsarət, hünər aldı onu qollarına, Girdi qızğın Vətən savaşına. Nə qədər vəziyyət çətin olsa da, Qurban getdi Vətən daşına. O güllələrə sinə gəldi, Ağrı çəkmədi, bilmədi. Güllələr keçən qəlbinə Vəfa, Ədalət görmədi. 02.12.2008