Ölkə rəhbəri tərəfindən 2009-cu ilin Uşaq ili elan olunması gələcəyimiz olan balacaların təlim-tərbiyəsinə diqqətin artırılması vacibliyini daha qabarıq şəkildə ortaya qoydu. Təbii ki, bu fəaliyyət sahəsində tədris müəssisələri ilə yanaşı, bilik, maarif beşiyi olan kitabxanaların da rolu böyükdür.
  
   Belə mərkəzlərdən biri də Mirmehdi Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasıdır. Balacaların sevimli ünvanlarından olan bu kitabxana öz fondunu günü-gündən zənginləşdirir. Belə ki, Azərbaycanda ilk kitabxana-kitab mağazasının açılmasından bir aydan az müddət keçsə də, artıq yeni gətirilmiş kitablar və aksiyalar uğurlu nəticələrə səbəb olub. Bunu kitabxananın direktoru Rəhilə Rzayeva da təsdiqlədi: «Bizim kitabxanaya əvvəlkindən daha çox oxucu gəlməyə başlayıb, bu və ya digər ədəbiyyatın sifarişi üçün yüzdən artıq oxucu müraciət edib. Biz bütün sifarişləri Moskvaya göndərmişik və yeni kitabların şəhərimizə gətirilməsini gözləyirik. Hazırda isə iyirmidən çox aparıcı Azərbaycan və Rusiya nəşriyyatlarının daxil olacağı İnternet-baza hazırlayırıq. Belədə oxucu çətinlik çəkmədən özünə lazım olan mövzuda, adda və istədiyi müəllifin kitabını axtarıb taparaq, qısa müddətdə sifariş edə biləcək».
   Kitabxanada Azərbaycan və rus dillərində yeni alınmış uşaq kitablarına, idman, musiqi, hüquq, xarici dil üzrə tədris ədəbiyyatına tələbat böyükdür. Ən çox oxunan yeni kitab isə gənc yazıçı Varisin bir qızın həyatından bəhs edən «Sonuncu ölən ümidlərdir» romanıdır. Müəllif bu kitabın bir neçə nüsxəsini kitabxanamıza bağışlayıb. Kitablar bir neçə gün ərzində satıldığına görə kitabxana-kitab mağazası daha on kitab sifariş etməli olub.
    Rahilə Rzayeva həmçinin «Ya poznayu mir» silsiləsindən olan kitablara və «Nurlan» nəşriyyatında çap olunan nağıllara da böyük maraq göstərildiyini qeyd etdi. Kitabxanaya çoxlu sayda daxil olan musiqi ədəbiyyatına - notlar və solfecio üzrə kitablara tələbat böyükdür. Bundan başqa, oxucuların dediyinə görə, burada kitablar, şəhərin digər mağazaları ilə müqayisədə daha ucuzdur. Bu ay kitabxana-kitab mağazasında xüsusi aksiya keçirilir. Bu aksiyaya görə, 50 manatdan artıq məbləğdə kitab alanlara nağıl kompakt-diski hədiyyə edilir.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar