Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu bu qurumun keçmiş əməkdaşı, ədəbiyyatşünas alim, filologiya elmləri namizədi, mərhum Nəsrəddin Qarayevin “XIX əsr Azərbaycan ədəbi məclisləri” kitabını nəşr etdirib. 
   “Nurlan” nəşriyyatında işıq üzü görən monoqrafiyada XIX əsrdə Azərbaycanın müxtəlif bölgələrində mövcud olmuş ədəbi məclislərin fəaliyyəti ətraflı təhlil edilmiş, məclis üzvlərinin həyat və yaradıcılığından söz açılmışdır.
   Kitabı nəşrə hazırlayan və redaktoru, filologiya elmləri namizədi Vüsalə Musalıdır.