Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə iki yeni film çəkiləcək. “Köşk” adlı filmin ssenari müəllifləri İmir Məmmədli və Mirsadıq Ağazadədir. İkinci ekran əsəri isə qısametrajlı bədii film olacaq. Emin Mirabdullayevin çəkəcəyi “Postskriptum” adlı filmin ssenari müəllifi Ramiz Fətəliyevdir.
Hazırda kinostudiyada hər iki film üzərində iş gedir.