Qazaxıstanın Qızıl Orda vilayətində türkdilli ölkələrin ənənəvi folklor və musiqi sənətinin “Qorqud və Böyük Çölün melodiyaları” adlı festival keçirilib.
TÜRKSOY ilə birgə təşkil edilən festivalda Qazaxıstan, Türkiyə, İran, Gürcüstan, Azərbaycan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edib.
Tədbir çərçivəsində “Dədə Qorqud irsinin türkdilli dünyadakı rolu” adlı beynəlxalq elmi-nəzəri konfrans və türkdilli ölkələrin gənclərinin görüşü keçirilib.
Festival iştirakçıları Karmakşı rayonundakı Qorqud ata xatirə kompleksini ziyarət ediblər. Tədbir çərçivəsində elmi-nəzəri konfrans, sənətkarların sərgisi və tematik görüşlər təşkil edilib.