Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya sənətləri kafedrasının müdiri, professor Rafiq Quliyev Moskvada işgüzar səfərdə olub.

Tanınmış kinooperator Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) 100 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak edib. Tədbirdə dünyanın ilk kino məktəbinin məzunlarına yubileylə bağlı xatirə medalı təqdim olunub. Mükafatlandırılanlar arasında professor Rafiq Quliyev də olub. Xatırladaq ki, Rafiq Quliyev 1987-ci ildə ÜDKİ-nin Kinooperatorluq fakültəsini fərqlənmə ilə bitirib.