TRT kanalı "Bilinməyən tarix, Nargin adası əsarəti" adlı sənədli filmin çəkilişlərinə başlayıb. Sənədli filmin çəkilişləri Bakı, Nargin adası və Gəncədə aparılır.
TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslan çəkilişlərin iyulun 12-dək davam edəcəyini bildirib. Ekran əsəri I Dünya müharibəsində çar Rusiyası ordusu tərəfindən əsir götürülərək Nargin adasında saxlanılan Osmanlı əsgərləri və bu əsirlərə kömək əlini uzadan azərbaycanlılardan bəhs edəcək.