Amerikalı rejissor Martin Skorseze superqəhrəmanlar, o cümlədən “Marvel Studios” kinoşirkətinin çəkdiyi filmləri tənqid edib. Onun fikrincə, belə filmləri kino hesab etmək olmaz: “Mən o filmlərə baxmıram. Bir neçə dəfə baxmağa cəhd etmişəm. Ancaq bu, kino deyil”.

“Nəzərə alsaq ki, belə əsərlər yüksək səviyyədə çəkilib və aktyorlar onlara verilən tapşırıqların öhdəsindən bacarıqla gəlirlər, onlar haqqında ən müsbət fikrim olar ki, super qəhrəmanlar yalnız insanları əyləndirməyə yarayır. Belə filmlərdə insanlar psixoloji, emosional təcrübələrini bir-birləri ilə bölüşə bilmirlər”, - deyə məşhur rejissor bildirib.

76 yaşlı Martin Skorseze müasir dünya kinosunun ən nüfuzlu rejissorlarından biri kimi tanınır. O, “Taksi sürücüsü” (1976), “Azğınlaşmış öküz” (1980), “Nyu-Yorkun quldur dəstələri” (2002), “Aviator” (2004), “Lənətlənmiş ada” (2009) və digər filmlərə quruluş verib. Çəkdiyi ekran əsərləri rejissora “Oskar”, “Qızıl qlobus”, “Emmi” mükafatları qazandırıb.

İLONA