Dünyada ilk səsli filmlərin tarixi 1927-ci ildə ABŞ-da çəkilən “Caz ifaçısı” filmi ilə başlayıb. Bundan sonra səsli kino da dünyada yayılıb.

İlk səsli filmlərin çəkilməsində müəyyən texniki problemlər dəqiq sinxronizasiya etməkdə çətinlik yaradırdı. 1930-cu ildən başlayaraq, səsli kino daha geniş vüsət alır.

6 oktyabr 1927-ci ildə ilk dəfə nümayiş etdirilən səsli və tammetrajlı “Caz ifaçısı” bədii filminin prodüseri amerikalı aktyor və rejissor Alan Crosland idi. Filmdə Warner Oland, Al Jolson, May McAvoy və başqa aktyorlar rol almışdı.

İlk filmin çəkildiyi 1895-ci ildən etibarən, “Warner Bros” prodakşının istehsalı olan “Caz ifaçısı”na qədər bütün filmlər dialoq olmadan lentə alınır, ssenaridə dialoqlar ara yazılarla verilir və bütün filmlər musiqi ilə göstərilirdi.

SƏBİNƏ