Son illər dövlət başçısının mədəniyyət sahəsinə diqqət və qayğısı sayəsində şəhər və rayonlarımızda mədəniyyət ocaqları təmir-bərpa olunur və yenidən qurulur.

Belə müəssisələrdən biri Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax şəhər Aran uşaq musiqi məktəbidir.

Aran musiqi məktəbi 1985-ci ildən fəaliyyət göstərir. Məktəbdə fortepiano, tar, qarmon, kamança və xanəndəlik ixtisasları tədris olunur. Məktəbin 48 müəllim və 158 şagird heyəti var. Məktəbin binası Mədəniyyət Nazirliyinin xətti ilə əsaslı təmir edilib, müasir standartlara cavab verən gözəl bir binaya çevrilib.

Ümumi sahəsi 1300 kvadratmetr olan mədəniyyət ocağında 20 otaq, 200 nəfərlik auditoriya var. Məktəbdə şagirdlərdən ibarət “Aran” xalq çalğı alətləri ansamblı fəaliyyət göstərir. Onlar tez-tez N saylı hərbi hissədə keçirilən tədbirlərdə konsert proqramı ilə çıxış edirlər.