Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, kinorejissor Rasim Ocaqovun adına təsis etdiyi xüsusi təqaüd bu tədris ilində daha bir tələbəyə veriləcək.
ARKİ-dən bildirilib ki, bu dəfə təqaüdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində operator sənəti ixtisası üzrə ödənişli təhsil alan, müxtəlif tədbirlərdə mükafatlar qazanan 4-cü kurs tələbəsi Nərgiz Yusifova layiq görülüb.