Gələn il Özbəkistanda “Sultana” adlı tarixi televiziya serialının çəkilişlərinə başlanılacaq. Birinci mövsümdə çəkiləcək 6 hissənin büdcəsi 20 milyon dollardır.

“Özbəkturizm” Dövlət Agentliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu fikirlər serialın çəkilişləri ilə bağlı Daşkənddə “Star Media” şirkətinin baş prodüseri Vladislav Ryaşin və onun tərəfdaşı – Fransa-Amerika prodüseri Jan Şarl Levi ilə görüşdə səslənib.

Tarixi serialın çəkilişləri Səmərqənd, Buxara və Xivə şəhərlərində aparılacaq, aktyorların bir qismi Hollivuddan gətiriləcək. Serial ingilis dilində səslənəcək, sonra özbək və digər dillərə tərcümə olunacaq. Hadisələr XVII əsrdə bu qədim şəhərlərdə cərəyan edir.