Ədəbiyyat sahəsində 2018-ci ilin Nobel mükafatına polşalı yazıçı Olqa Tokarçuk, 2019-cu il üzrə mükafata isə avstriyalı yazıçı Piter Handke layiq görülüb.

Bu qərar oktyabrın 10-da İsveç Kral Akademiyasının xüsusi mərasimində elan olunub.

Olqa Tokarçuk “Ensiklopedik ehtirasla sərhədləri aşmağı həyat forması kimi təmsil edən təhkiyə təxəyyülünə görə”, Peter Hendke isə “Linqvistik bacarıqları ilə insan varlığının periferiyasını və xüsusiyyətlərini araşdıran nüfuzlu əsərlərinə görə” mükafata layiq görülüblər.

Olqa Tokarçuk 1962-ci ildə anadan olub. Yaradıcılığa şeirlə başlayıb. 1993-cü ildə “Kitab adamlarının yolu” adlı ilk romanını yazıb. O həm də qısa hekayələr ustası kimi tanınır. 2018-ci ildə Buker mükafatına layiq görülüb.

Peter Handke 1942-ci ildə anadan olub. Universitetdə hüquq təhsili alıb. Tələbəlik illərindən yaradıcılıqla məşğul olmağa başlayıb. “Solaxay qadın”, “Qaranlıq gecədə” və başqa əsərlərin müəllifidir. Hauptman, Büchner və Kafka mükafatlarına layiq görülüb.

Qeyd edək ki, 2018-ci ildə İsveç Kral Akademiyasının jüri üzvləri arasında yaranan qalmaqalla bağlı ədəbiyyat üzrə Nobel mükafatının verilməsi təxirə salınmışdı.