Sinqapur İdarəetmə İnstitutunun Özbəkistanda fəaliyyət göstərən nümayəndəliyinin əməkdaşları Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar.

Rektor İlham Mədətov qonaqlara ATMU-nun tarixi, fəaliyyəti, tədris-təhsil prosesi, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi barədə ətraflı məlumat verib. Söhbət əsnasında iki ali təhsil müəssisəsi arasında tərəfdaşlığın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.

***

Avstriyanın İMC Krems Tədbiqi Elmlər Universitetinin müəllimi, professor Elizabet Hansa Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) üzrə ATMU-da dərs deyir. Xanım Hansa “AATP BA Cohort 2017” qrup tələbələri üçün Tədbirlərin təşkili və idarəçiliyi fənninin növbəti bölümünü Bakı Konqres Mərkəzi və 5 ulduzlu hotellərin əməkdaşları ilə müştərək tədris edib. Bakı Konqres Mərkəzindən Nəzrin Şamxalova, “Boulevard Baku” hotelindən Xalidə Babayeva və Sevinc Quliyeva, “Hilton Baku” hotelindən Səbinə Quliyeva və Xəyalə Əsgərzadə dərsin keyfiyyətli keçməsində fəallıq göstəriblər.