Azərbaycan Aşıqlar Birliyinin (AAB) yeni nəşri olan “İzahlı aşıq ədəbiyyatı sözlüyü” işıq üzü görüb. Sözlüyün tərtibçiləri Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və professor Mahmud Allahmanlıdır.
AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, kitabda aşıq ədəbiyyatı ilə bağlı anlayışların, obrazların, ayrı-ayrı istilahların, dastanların, populyar dastan obrazlarının, sazla bağlı olan şeir biçimlərinin yığcam və aydınlaşdırıcı təqdimatı əsas götürülüb.
Kitabın nəşrində əsas məqsəd aşıq ədəbiyyatı ilə bağlı bilgilərin elmi ictimaiyyətə çatdırılması və sənətə yeni gələn gənc nəslə mənimsədilməsidir.